İntihara birlikdə yox deyək

Bu yaxınlarda rayonlardan birində 45 yaşlı Ərzuman Əliyev (Ad və soyad şərtidir) intihar edib. İntihar faktı ilə bağlı Hüquq mühafizə orqanlarından verilən məlumata görə intihar edən Ərzuman Əliyev narkotik aliudəçisi olub. Uzun illər Rusiya Federasiyasında yaşayan və ticarətlə məşğul olan Ərzuman son vaxtlar səhhəttində ciddi narahatçılıqları olduğu üçün Azərbaycana qayıdır. Kənd həyatı, təmiz hava, işgüzar həyat tərzi keçirmək istəsə də lakin burada narkotik istifadəs üçün münbit  şərait tapa bilmir. Üstəlik ailəsinin xeyli məbləğdə kredit borcunun olması, ailədə və bankalr tərəfindən təpkilər ilə üzləşir. Nəticədə intihar edir.
İntihar hadisəsi hazırda bütün dünyanı narahat edir. Yerli və beynəlxalqtəşkilatlar bu istiqamətdə müəyyən işlər görür.
Artıq bir neçə ildir ki, sentyabrın 10-u bir qayda olaraq Ümumdüny Səhiyyə Təşkilatının (DST) qərarı ilə intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Rəsmi statistikaya görə hər il 1 100 000 insan ozünə qəsd edir.Tədqiqatçılar qeyd edirlər ki, intihar (suisid) hallarının 60%-i yaz-yayaylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə depresiya keçirən insanların 15-%-iintihar edir. Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharlarındaha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinəbaxmayaraq istisnalar da mövcuddur. Məsələn, Latın Amerikasının vəYaxın Şərqin bir çox «yoxsul» ölkələrində intiharların səviyyəsi QərbiAvropanın «zəngin» dövlətlərinə nisbətən yetərincə aşağıdır. Həmçinin də daha çox iş həyatı yaşayan, iş rejimi, qrafiki sıx olan yerlərədə də intihar hallarının sayı artıq olur.  Bu da vaxt bölgüsünün düzgün qurulmaması, işlərin çoxluğu və insan əməyi ilə həll oluna bilməməsi, maddi sıxıntılarla bərabər bu amilllər də rol oynayır.   >>davamı>>


Elnarə Günəş — İntihara birlikdə yox deyək

Оставьте комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *